Bakıda parkinqlər üçün yeni qiymətlər HAZIRLANDI

  • 16:49 - 28 Aprel

“Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dan çox əlavə parklama yeri təşkil edilib”.

Avropa.info  xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli deyib ki, bu qiymətlərin kifayət qədər yüksək olduğu Bakıda 763 sot ərazi deməkdir:

“Bu çox ciddi iqtisadi göstəicidir. Ona görə də Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə qədər Pirallahiya qədər parklanma siyasəti həyata keçiriləcək”.

BNA rəsmisi deyib ki, parklanma yerlərilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq:

“Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzilə, yaşayış yerlərində olan qiymətlərin diverfikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır.

Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiyət faktoruna təsir edən amillərdir”.


Oxunma sayı: 2454

Oxşar yazılar