Fransalı hüquqşünas: Ağdam xəritədən silinmək üzrədir

  • 17:12 - 22 Aprel

Müharibənin, zorakılığın miqyasını görmək, onların doğura biləcəyi mənfi nəticələri görmək üçün hadisə yerində olmaq çox əhəmiyyətlidir. Bütün şəhər darmadağın edilib və xəritədən silinmək üzrədir.

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan fransalı hüquqşünas Eliz Arfi bildirib.

O qeyd edib ki, Fransada çox sayda erməni yaşayır və bu baxımdan Ermənistan tərəfindən işğal edilən, rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağla bağlı mövqe həssasdır. “Biz Fransada bu məsələ ilə bağlı baxışları və fikirləri tarazlaşdırmaq üçün buradayıq”, - deyə hüquqşünas əlavə edib.


Oxunma sayı: 1189

Oxşar yazılar