Bakıda xəstəxanada peyvənd oyunu: Görüntülər yayıldı - VİDEO

  • 16:29 - 22 Aprel

Xəbər verdiyimiz kimi, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

Avropa.info xəbər verir ki, yayılan kadrlarda tibb bacısının vətəndaşa peyvənd vurmadığı və saxta sənəd yazıldığı görünür. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib.

Göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.


Oxunma sayı: 3323

Oxşar yazılar