Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edildi - SİYAHI - YENİLƏNİB

  • 11:31 - 22 Aprel

Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib.

Avropa.info bildirir ki, müəyyən edilən 6 şəxsin namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda bitərəf deputatlar MSK-da onları təmsil edəcək namizədləri müəyyən ediblər.

Aşağıdakı şəxslərin namizədliyi təklif edilib:

1. Arifə Muxtarova

2. İlham Məmmədov

3. Nizami Nadirxanlı

4. Fuad Cavadov

5. Qabil Orucov

6. Nailə Əsgərova

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.

***

10:41

Bu gün Milli Məclisdə bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılması ilə əlaqədar iclas keçirəcək.

Avropa.info bildirir ki, iclasda bitərəf deputatlar MSK-ya onları təmsil edəcək üzvləri müəyyən edəcəklər.

Qeyd edək ki, MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

MSK indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.


Oxunma sayı: 1387

Oxşar yazılar