Koronavirusa yoluxma sayı sürətlə artır

  • 10:17 - 22 Aprel

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 144 milyon 455 min 684 nəfərə çatıb.

Avropa.info Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 71 min 798 nəfərdir. İndiyədək 122 milyon 640 min 995 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 602 051 nəfər virusa yoluxub, 583 330 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 15 930 965 nəfərdə virus aşkar edilib. Xəstələrdən 184 672 nəfər həyatını itirib. Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 122 795 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 381 687 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 374 288 yoluxma, 101 881 ölüm faktı qeydə alınıb.Siyahıda beşinci olan Rusiyada 4 727 125 nəfər virusa yoluxub ki, onlardan 106 706-ı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.


Oxunma sayı: 1783

Oxşar yazılar