“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş keçirildi – FOTO

  • 19:14 - 21 Aprel

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında YUNESKO tərəfindən təsdiq edilən “İnklüziv teatr” layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Avropa.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan “İnklüziv teatr” barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışdı və yadıcı heyətə uğurlar arzulayıb.

Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını toplaşanlara yetirib. 

Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da “İnklüziv teatr” haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşüblər.

“İnklüziv teatr” layihəsində iştirak etmək üçün seçilən gənclər arasında “Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırladıb.

Qeyd edək ki, teatrın “Yaradıcılıq studiyası”nın tərkibində fəaliyyətə başlayan “İnklüziv teatr” layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

Bir 1 kişi, oturuyor, ayakta ve iç mekan görseli olabilir

 

Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

 

Bir 2 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Oxunma sayı: 892

Oxşar yazılar