“Yuventus”un prezidenti UEFA ilə yaşanan problemlər haqda : "Bizə kömək etmədilər"

  • 00:40 - 22 Aprel

“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Super Liqası yaratmaqlarının səbəbini izah edib.

Oxu.Az xəbər verir ki, o, FIFA və UEFA-nı pandemiya zamanı onlara maddi kömək etmədiyinə görə qınayıb:

“UEFA və FIFA bizim hüquqlarımızla oynayır, onları satır, gəlirin necə bölünəcəyinə qərar verir və bizi idarə edir. Onlar bizim rəqiblərimizdir. FIFA və UEFA futbolçularımızdan böyük gəlir əldə edir. Lakin böhran zamanı bizə kömək etmədilər. Onlar ya bizi idarə edirlər, ya da kommersiya təbliğatçılarıdırlar”.

Xatırladaq ki, Andrea Anyelli Avropa Super Liqası layihəsinə görə Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib. O, Avropa Super Liqasında vitse-prezident təyin olunub.

Onu da bildirək ki, İtaliya klublarından “Milan” və “İnter” artıq Super Liqadan imtina etdiklərini rəsmi şəkildə açıqlayıb.


Oxunma sayı: 6612

Oxşar yazılar