AVRO-2020: UEFA hakimləri açıqladı

  • 22:46 - 21 Aprel

UEFA AVRO-2020-nin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb.

18 nəfərlik siyahıda Türkiyənin FIFA referisi Cüneyt Çakırın da adı var.

Avropa çempionatının hakimləri

Feliks Brix (Almaniya)

Cüneyt Çakır (Türkiyə)

Karlos Del Serro Qrande (İspaniya)

Andreas Ekberq (İsveç)

Orel Qrinfeld (İsrail)

Ovidiu Xatseqan (Rumıniya)

Sergey Karasyev (Rusiya)

İştvan Kovaç (Rumıniya)

Byörn Kuypers (Niderland)

Dünni Makkelli (Niderland)

Antoniu Mateu Laos (İspaniya)

Maykl Oliver (İngiltərə)

Daniele Orsato (İtaliya)

Artur Soareş Diaş (Portuqaliya)

Daniel Zibert (Almaniya)

Entoni Teylor (İngiltərə)

Kleman Tyürpen (Fransa)

Slavko Vinçiç (Sloveniya)

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.(report) 


Oxunma sayı: 6216

Oxşar yazılar