Türkiyədə bir gündə 362 nəfər koronavirusdan ölüb

  • 21:39 - 21 Aprel


Türkiyədə son sutkada 55 149 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 446 591 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb. 

 

 

Gündəlik statistikaya əsasən, son 24 saatda 362 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu, indiyədək ölkədə qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır. İnfeksiyadan ölənlərin ümumi sayı 36 975 nəfərdir.

Hazırda ölkə üzrə 565 274 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3398 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 844 342 nəfər (son sutkada 52 213 nəfər) müalicə olunaraq sağalıb.


Oxunma sayı: 881

Oxşar yazılar