Aktyorun ötən ay qardaşı, bu gün isə özü koronavirusdan vəfat etdi

  • 18:11 - 21 Aprel

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev vəfat edib.

Bu barədə Avropa.info-ya teatrın Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxan aktyor 73 yaşında dünyasını dəyişib.

Bundan əlavə, Ə. Qurbanəliyevin qardaşının da bir ay əvvəl “COVID-19”dan vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 23 mart 1948-ci ildə Bakı şəhəri Qobu qəsəbəsində doğulub. Əvvəllər Sumqayıt Dövlət Dram teatrında işləyib. 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 

O, 2013-cü ilin iyunun 25-də Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub.


Oxunma sayı: 1046

Oxşar yazılar