Qubadlı İcra Hakimiyyətinin əməkdaşları Vətən müharibəsinin könüllü iştirakçısını evində ziyarət etdilər – FOTO

  • 11:35 - 21 Aprel

Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin ziyarət olunması davam edir.

Avropa.info xəbər verir ki, növbəti görüş zamanı Vətən müharibəsinin könüllü iştirakçısı Qubadlı şəhər sakini Qənbərov Niyaməddin Canpolad oğlunun evinə ziyarət olunub.

Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən görüş aprelin 19-da baş tutub. Görüşdə Niyaməddin Qənbərovla ətraflı söhbət aparılıb və maddi köməklik göstərilib. 

Qeyd edək ki, Qənbərov Niyaməddin Canpolad oğlu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.


Oxunma sayı: 1068

Oxşar yazılar