Abşeron yarımadasında 8 gölün təmizlənməsi və reabilitasiyası nəzərdə tutulur

  • 20:08 - 20 Aprel

Göllərin çirkli olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır. Hazırda təkcə Abşeron yarımadasında irili-xırdalı, mövsümü olaraq quruyan-qurumayan 800-dən çox göl və gölməçə var.
Avropa.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, qarşıda duran hədəf tullantı sularının idarə olunması ilə əmələ gələn suların qapalı su dövriyyəsinə keçirilməsi nəticəsində onların həcminin azaldılmasıdır. Abşeron yarımadasında öztutumu 300 min hektar ərazini əhatə edən 8 gölün təmizlənməsi və reabilitasiyası nəzərdə tutulur.


Oxunma sayı: 1442

Oxşar yazılar