İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans təxirə salındı

  • 21:57 - 20 Aprel

Əfqanıstanda sülhün bərpası üzrə aprelin sonunda Türkiyədə keçirilməli olan beynəlxalq konfrans təxirə salınıb.

Bu barədə “Al Jazeera” telekanalı bu gün Əfqanıstanın Milli Barışıq Ali Komissiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İstanbulda keçirilməli olan Əfqanıstan üzrə konfrans “Taliban” radikal hərəkatının nümayəndələrinin iştirakdan imtina etməsi səbəbindən təxirə salınıb.(report) 


Oxunma sayı: 969

Oxşar yazılar