Azərbaycanda bir gündə 2197 nəfər COVID-19-a yoluxdu, 1946 nəfər sağaldı - 34 nəfər ölüb

  • 18:28 - 20 Aprel

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4 203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.


Oxunma sayı: 804

Oxşar yazılar