Prezident İlham Əliyev Hacıqabula səfərdədir – YENİLƏNİB

  • 11:41 - 20 Aprel

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub.

Avropa.info xəbər verir ki, dövlətimizin başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

***

Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gəlib.

Avropa.info xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.


Oxunma sayı: 1068

Oxşar yazılar