Bakıda maska cəriməsindən yayınmaq istəyən şəxsdən ağlagəlməz addım - ŞOK VİDEO

  • 15:54 - 20 Aprel

Sosial şəbəkələrdə tibbi maskadan istifadə etməyən şəxsin polisin tələblərinə riayət etmədiyinə diar video yayılıb.

Yayılan videogörüntülərdə əks olunan şəxs tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşlarının qanunu tələblərinə etinasız yanaşaraq özünü xarici ölkə vətəndaşı kimi təqdim edib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin şəxs inzibati xəta tərkibi yaradan əməlindən polisi yayındırmaq üçün özünü qəsdən yerə yıxaraq, hay-küy yaradıb:

“Buna baxmayaraq, polis tərəfindən onun barəsində protokol tərtib olunub. Məlum olub ki, həmin şəxs xarici ölkə vətəndaşı yox, Gəncə şəhər sakindir. Hazırda onun barəsində təhqiqat araşdırmaları davam etdirilir”.

E.Hacıyev onu da qeyd edib ki, ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - tibbi maskalardan istifadə edilməsi məcburidir:

“Tbbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır”.


Oxunma sayı: 2586

Oxşar yazılar