Koronavirusla bağlı fövqəladə vəziyyət rejimi uzadıldı

  • 21:19 - 19 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına görə dünya miqyasında tətbiq etdiyi fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.

Bu barədə ÜST-nin Beynəlxalq Səhiyyə Tənzimləməsinin (IHR) Fövqəladə vəziyyət komitəsinin 7-ci iclasında vəziyyətin müzakirəsindən sonra müvafiq qərar çıxarılıb.

“ÜST baş direktoru COVID-19 pandemiyasının ictimai səhiyyədə beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət olaraq qaldığı qərarına gələrək komitənin tövsiyələrilə razılaşıb”, - komitənin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, indiyədək dünyada koronavirusa 142 milyon nəfər yoluxub, bunların 3 milyondan artığı dünyasını dəyişib.


Oxunma sayı: 2597

Oxşar yazılar