Rusların "Bayraktar TB2" TRAVMASI : Türk PUA-larını yalnız animasiya filimlərində "vura" bilirlər - VİDEO, FOTO

  • 18:44 - 19 Aprel

Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" PUA-ları səbəbindən bölgədə çətin anlar yaşayan Rusiya, yeni istehsal etdiyi "Lancet" adlı dronlar ilə buna cavab verə biləcəyini düşünür. 

Avropa.info xəbər verir ki, "Rossiya 1" telekanalı Kalaşnikov şirkətinin nəzdindəki ZALA AEROP tərəfindən istehsal edilən “Lancet” adlı kamikadze dronlarının xüsusiyyətlərini təqdim edib.

Sujetdə iddia edilib ki, kamikadze dronlar havada siqnallar vasitəsilə “mina sahəsi” əmələ gətirərək, PUA-ları, o cümlədən Bayraktar TB2 pilotsuz aparatlarını məhv edə bilər. Sujetdə buna dair animasiya da nümayiş olunub. Tanıtım animasiyasında “Lancet” dronunun Türkiyə istehsalı olan "Bayraktar TB2"-ni "vurduğu" əks olunur.  

Türkiyəli ekspert Abdullah Ağarın fikirincə rus kamikadze dronlarının nə qədər effektli olduğu məlum deyil. 

"Rusların "Bayraktar" PUA travması! Rusiya PUA vuracağı iddia olunan  “Lancet” isimli dronlarını tanıdarkən, bunu "Bayraktar TB2"-ni vurduqlarını (!) göstərən bir animasyonla yayınlayır. "Bayraktar" Suriya, Liviya, Karabağda bunları duman etmiş, Ukrayna mesajı verir, güvən axtarır", deyə Abdullah Ağar qeyd edib.

Qeyd edək ki, Bayraktar TB2-lərin Liviya, Suriya və Qarabağda rus silahlarına qarşı uğurundan sonra prezident Vladimir Putinin göstərişi ilə Moskva bu sahəyə diqqəti artırıb.


Oxunma sayı: 3675

Oxşar yazılar