"Əgər bu, qəbul edilərsə..." - Ersin Tatar konsensusa gəldiklərini açıqladı

  • 18:19 - 19 Aprel

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türkiyə ilə fikir birliyində yeni bir siyasət inkişaf etdirildiyini, artıq federasiya təməlində bir çözümün mümkün olmadığını, bu konyuktur və anlayışla o çərçivədə bir anlaşmadan ümid olmadığını qeyd edib.

Avropa.info xəbər verir ki, suveren bərabərliyə əsaslanan, yan-yana, ayrı və müstəqil bir dövlət olaraq Kiprdə iş birliyi ilə hərtərəfli və davamlı bir razılaşma təmin edə biləcəyini ifadə edən Prezident Tatar Türkiyə ilə fikir birliyi içərisində konsensusa gəldiklərini söyləyib.

Prezident Ersin Tatar önəmli olanın müstəqillik olduğunu vurğulayarq, Kipr Türk xalqının gəldiyi bu mərhələdə Ana Vətən Türkiyənin də dəstəyi ilə artıq bunu haqq etdiyini ifadə edərək, "Əgər qəbul edilərsə, suveren bərabərliyə söykənən, yan-yana yaşayan iki suveren və müstəqil dövlətin işbirliyi ilə bir anlaşma bu ölkədə ola bilər", deyib.

Kipr Türk xalqının hər zaman Ana Vətən Türkiyəni önəmsədiyinə diqqət çəkən Prezident Tatar, "Kipr Türk xalqı Türkiyənin dəstəyini təqdir etmişdir. Bu torpaqlarda bizim müstəqil, azad güvənlik içində var olmağımız üçün Türkiyənin qarantorluğu bizim üçün fövqəladə dərəcədə vaz keçilməzdir. Bu anlayışla Cenevrəyə gedirik. İnşəallah, xeyirlərə vəsilə olacaqdır", bildirib.

Qeyd edək ki, Ersin Tatar bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı deyib.


Oxunma sayı: 2190

Oxşar yazılar