Azərbaycanda bir gündə COVID-19-a 2 144 nəfər yoluxub, 1 923 nəfər sağalıb, 33 nəfər vəfat edib

  • 18:00 - 18 Aprel

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 144 yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 300 666 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib, 32 123 aktiv xəstə sayı  nəfərdir.

 

Ölkədə son sutka ərzində 12 184, hazırkı dövrədək isə 3 108 924 test aparılıb.


Oxunma sayı: 859

Oxşar yazılar