Qarabağda tarix yazan "Bayraktar TB2" PUA-ları sinifində DÜNYANIN ƏN YAXŞISIDIR... - Səlçuk Bayraktar HEYRƏTAMİZ DETALLARI AÇIQLADI (FOTO)

  • 16:24 - 18 Aprel

44 günlük Qarabağ savaşında tarix yazmış Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları dünyada sinifinin ən yaxşı robot təyyarəsidir.

Avropa.info xəbər verir ki, bu haqda "Bayraktar TB2"-lərin istehsalçısı Səlçuk Bayraktar sosial mediada yazıb. 

O, yazısında  "Bayraktar TB2" PUA-nın  milli və orijinal dizaynına diqqət çəkib. "Bayraktar TB2"-nin dizaynını "Göylərdən Göylərə ..." notu ilə paylaşan Səlçuk Bayraktar, "Bayraktar TB2" PUA-larının türk mühəndisləri tərəfindən dizayn edilmiş və kodlanmış 40-dan çox kompüterdən ibarət olduğunu bildirib. Səlçuk Bayraktar həmçinin bu PUA-ların sinifində dünyanın ən yaxşısı olduğunu da qeyd edib. 

"Bayraktar TB2"-lərin 93 faiz yerli və milli sistemlərdən təşkil olunduğunu bildirən Bayraktar, bunun dünyada rekord olduğunu qeyd edib. O, həmçinin adı çəkilən PUA-ların sistemlərinin yerli və milli olduğunu göstərən bir xəritə paylaşıb. Həmin statusu təqdim edirik:


 


Oxunma sayı: 5149

Oxşar yazılar