ABŞ-da barda atışma olub, ölənlər və yaralılar var

  • 17:31 - 18 Aprel

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində bir barda silahlı insident baş verib.

Bu barədə CNN yerli polis şerifinə istinadən xəbər verib.

Atışma nəticəsində üç nəfərin öldüyü və iki nəfərin yaralandığı qeyd olunub.

Məlumata görə, zərərçəkənlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Şübhəlinin yeri və hadisənin baş vermə səbəbləri hələ müəyyənləşdirilməyib.

Hüquq-mühafizə orqanları hadisəni araşdırır.(apa) 


Oxunma sayı: 4104

Oxşar yazılar