İsraildə küçədə tibbi maska ​​taxma tələbi ləğv edilib

  • 12:40 - 18 Aprel

İsrail Səhiyyə Nazirliyi ölkədəki koronavirusa yoluxma səviyyəsinin azalması ilə əlaqədar olaraq küçədə qoruyucu maskalar taxma tələbini ləğv edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb:

“Statistika göstərir ki, ölkə daxilindəki xəstələnmə səviyyəsində azalma davam edir. Bunun üçün 18 aprel 2021-ci ildən etibarən küçədə maska ​​taxmamağa icazə verilir”.

 

Bununla yanaşı, Səhiyyə Nazirliyi açıq görüşlərdə iştirak edərkən qoruyucu maskalardan istifadə etməyə davam etməyi tövsiyə edib.

Şəxsi yaşayış sahəsi xaricində qapalı yerlərdə maska ​​taxmaq məcburiyyət olaraq qalır.(apa) 


Oxunma sayı: 925

Oxşar yazılar