NASA Mars planetində helikopterin ilk sınaq uçuşunu həyata keçirəcək

  • 13:45 - 18 Aprel

“Perseverance” aparatının göyərtəsində Mars planetinə göndərilmiş “Ingenuity” helikopterinin ilk sınaq uçuşunu gələn həftənin bazar ertəsi günü həyata keçirilə bilər.

Belə bir açıqlama ABŞ Milli Aviasiya və Kosmik Məkanın Araşdırılması İdarəsinin (NASA) saytında dərc edilib.

Məlumata görə, helikopterin sınaqlarına ABŞ-ın Şərq sahili vaxtı ilə təxminən saat 03:30-da (Bakı vaxtı ilə 11:30-da) başlanılacaq. Bu zaman sınaq haqqında məlumatlar “Yer kürəsinə bir neçə saatdan sonra çatacaq”. Test uçuşu təxirə salınmazsa, NASA mütəxəssisləri saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00) brifinq keçirəcəklər.

Qeyd edək ki, daha əvvəl “Ingenuity”nin aprelin 11-nə planlaşdırılan ilk uçuşu bir neçə dəfə təxirə salınıb. Bununla yanaşı, NASA helikopterin bütün sistemlərinin normal işlədiyini bildirib.(apa) 


Oxunma sayı: 958

Oxşar yazılar