"Barselona" İspaniya kubokunu darmadağınla qazandı -Messi daha İKİ REKORD QIRDI

  • 01:50 - 18 Aprel

İspaniya kubokunda final oyunu keçirilib.

Avropa.info xəbər verir ki, həlledici matçda "Atletik"lə "Barselona" üz-üzə gəlib. Kataloniya klubu rəqibinə darmadağınla qalib gələrək, kuboku qazanıb. Matçın adamı 2 qol vuran Leenel Messi olub. Qeyd edək ki, Messi, 10 Kral Kuboku matçında 9 qol vuraraq  bu turnirdə ən çox qol vuran futbolçu olub. Eyni zamanda Messi bu sezon bütün turnirlərdə 30 qol vurmaqla, üst-üstə 13 sezonda 30 qol və ya ondan çox qol vuran futbolçu olub. 

İspaniya kuboku, final

"Atletik" - "Barselona" - 0:4
Qollar: Qrizmann, 60, De Yonq, 63, Messi, 68, 72


Oxunma sayı: 10099

Oxşar yazılar