Banqladeş polisi etirazçılara atəş açıb, ölən və yaralananlar var

  • 18:08 - 17 Aprel

Banqladeş polisi ölkənin cənub-şərqində etiraz edən kömür elektrik stansiyasının əməkdaşlarına atəş açıb.

Hadisə Çittaqonq şəhərində tikilən elektrik stansiyasının yaxınlığında baş verib.

Hadisə zamanı 4 nəfər ölüb, çox sayda insan yaralanıb.

Məlumata görə, polis əməkdaşlarının atəş açmasına səbəb etirazçıların onlara hücum etmək cəhdi olub.

Bildirilir ki, elektrik stansiyasının əməkdaşları maaşların artırılmasını tələb edirmişlər.(report) 


Oxunma sayı: 1134

Oxşar yazılar