Koronavirusu 30 dəqiqəyə məhv edən "QATİL" hazırlandı

  • 14:27 - 17 Aprel

Türkiyənin Aksa Akrilik şirkəti koronavirusun 97,5 faizini 30 dəqiqə içində öldürən bir material yaratdığını iddia edir.

Avropa.info lent.az-a istinadla bildirir ki, bu məhsula “Everfresh” adı verilib.  O, sink tərkibli liflərdən ibarətdir və antimikrob xüsusiyyətlərə malikdir.

Əsasən qoruyucu üz maskaları istehsalı üçün istifadə edilməsi planlaşdırıır, lakin gələcəkdə bu material toxuculuq istehsalında, məsələn paltar və ev paltarlarının tikilməsində istifadə edilə bilər.

  • Hazırlayanlar bunun yataqxanalar, otellər və ya dini yerlər kimi ümumi sahələrdə xüsusilə faydalı olacağına inanırlar.

Aksa Akrilik “Everfresh”in antivirus xüsusiyyətlərini zədələyə biləcək əlavə bir bitişdən keçmədiyini, bu səbəbdən materialın köhnəlmədiyini və uzun illər virusu öldürə biləcəyini iddia edir.


Oxunma sayı: 4071

Oxşar yazılar