Hazır olun, rus ordusu qapımızdadır - Erməni nazir

  • 10:19 - 17 Aprel

Putin rejimi yenə qapımızın ağzındadır.

Avropa.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov könüllülərə müraciətində deyib.

O, könüllüləri 2014-cü ildəki kimi, yenidən vətəni qorumağa səsləyib:

"Kreml yenidən Ukrayna sərhədinə qoşun yığır və ölkəmizi təhdid edir. Biz öz torpağımızdayıq və onu qoruyacağıq".


Oxunma sayı: 12959

Oxşar yazılar