Calal Arutyunyan istintaqda ifadə verdi-Hadruta gətirilmiş erməni terrorçularına görə

  • 01:36 - 16 Aprel

Qarabağdakı qondarma rejimin keçmiş oyuncaq “ordu komandanı”, general-leytenant Calal Arutyunyan istintaqa çağırılaraq dindirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o, İstintaq Komitəsinin hərbi istintaq şöbəsi tərəfindən açılan cinayət işində şahid olaraq ifadə verib. Söhbət 10 noyabr anlaşmasından xeyli müddət sonra Azərbaycana terror törətmək üçün göndərilən 72 erməni hərbçisindən – Şirak ermənilərindən gedir. İstintaq araşdırmalarına görə, onlar C.Arutyunyanın əmri ilə Hadrut ərazisinə göndəriliblər, hansı ki, həmin vaxt ərazi artıq Azərbaycan ordusunun nəzarətində idi. Nəticədə “hərbçiləri”in öldürüldüyü və ya itkin düşdüyü bildirilir. Bu ilin 13 fevralında isə müharibə dövründə hökumətin hərəkətsizliyi maddəsilə cinayət işi qaldırılıb və 18-ci atıcı diviziyanın komandiri general-mayor Karen Arustamyana qarşı ittiham elan olunub.

Qeyd edək ki, müharibə zamanı ölümcül yaralanan C.Arutyunyan hazırda Ermənistandadır.


Oxunma sayı: 4247

Oxşar yazılar