Nikol Paşinyan: “Müharibədə 321 nəfər itkin düşüb”

  • 00:49 - 15 Aprel

Baş nazir Nikol Paşinyan Ermənistan parlamentində deputatların suallarını cavablandırarkən Qarabağdakı 44 günlük döyüşlərin itkilərindən danışıb.

O bildirib ki, indiyə qədər olan məlumata görə, son müharibədə erməni tərəfin təsdiqlənmiş itkilərinin sayı 3621 nəfərdir. Fikrini dəqiqləşdirən Paşinyan əlavə edib ki, söhbət sənədləşdirilmiş ölüm hallarından gedir və onlarla bağlı ölüm haqqında təsdiq sənədi verilib. İtkin düşənlərə gəldikdə, baş nazir onların sayının 321 nəfər olduğunu deyib. Bundan əlavə, 201 meyit qalığı DNK analizi mərhələsindədir. Əlavə olaraq 100 meyitin şəxsiyyəti müəyyən olunsa da, valideynlər araşdırmaların nəticələrini qəbul etmək istəmirlər. N.Paşinyan əlavə edib ki, onları başa düşmək lazımdır, valideynlər hələ də övladlarının əsirlikdə olduğuna və evə qayıdacağına inanır. Baş nazirin sözlərinə görə, valideynlər var ki, DNK analizinə inanmır və analizlərin xaricdə aparılmasını istəyir. Hökumət başçısı iddia edib ki, ümumilikdə erməni tərəfin itkiləri 4000-4050 nəfər arasında olacaq.

Xatırladaq ki, təkcə Qarabağdakı qondarma rejimin itkiləri 3 minə yaxındır. Belə olan halda Ermənistanın 4 min itki verdiyi inandırıcı görünmür. 

musavat.com


Oxunma sayı: 2861

Oxşar yazılar