"2018-ci ildə Levon Ter-Petrosyan mənə dedi ki, Qarabağı artıq geri verməlisən..." - Paşinyandan SENSASİON AÇIQLAMALAR

  • 14:22 - 14 Aprel

Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan 2018-ci ildə baş nazir Nikol Paşinyandan o zamanlar işğalda olan Qarabağ torpaqlarını qaytarmağı tələb edib.

Avropa.info xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

"Sizə bir sirr açım. Birinci prezidentin (Levon Ter-Petrosyan: red.) 2018-ci ilin iyul ayında keçirdiyimiz görüş zamanı mənə söylədiklərini deyirəm. Sitat gətirirəm: "Torpaqları artıq geri verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu çərçivədən kənara çıxmırdı, qalan digər şeylər qiymətləndirmə mövzusudur”, – deyə Paşinyan qeyd edib.    

AVROPA.İNFO


Oxunma sayı: 10473

Oxşar yazılar