Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi- Video

  • 21:03 - 12 Aprel

Kürdəmir rayonunda toy məclisi təşkil edən rayon sakinləri saxlanılıb.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ərşəli kənd sakini Abuzərov Tacir Abuzər oğlu və onun qardaşı Abuzərov Ağamirzə kənddə toy məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki qardaş rayon polis şöbəsinə gətirilib və işə hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 200 manat cərimə tətbiq olunub.(report) 


Oxunma sayı: 3389

Oxşar yazılar