Milli Konservatoriyada koronavirus TƏHLÜKƏSİ - Dərslər dayandırıldı

  • 13:12 - 12 Aprel

Azərbaycan Milli Konservatoriyasında koronavirus pandemiyası ilə əlaqədar əyani dərslər dayandırılıb.

Avropa.info bildirir ki, bu barədə Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, müəllim və tələbələr arasında koronavirus testi pozitiv çıxanların olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də koronavirusa (COVİD-19) yoluxub.


Oxunma sayı: 2454

Oxşar yazılar