Dilavər Əzimli ölümünün 40-cı günündə yad edilib – FOTOLAR

  • 20:22 - 11 Aprel

Aprelin 11-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimli ölümünün 40-cı günü doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndində yad edilib. 

Avropa.info xəbər verir ki, mərhumun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib. 

Ziyarətdə Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi (BAO) və üzvləri, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, alimin yaxınları və kənd əhalisi iştirak ediblər. Dilavər Əzimlinin məzarı üstündə mərhumun ruhuna dualar oxunub. 

Daha sonra BAO başqanı Zahir Əlisoy, BAO başqanının humanitar məsələlər üzrə müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, ilahiyyatçı İsa Ələkbər və b. çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışmışlar. 

Tədbirdə D. Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

 

Açıklama yok.

Oxunma sayı: 4203

Oxşar yazılar