Siyəzəndə nişan mərasimi yarımçıq saxlanıldı
- 17:08 - 11 Aprel
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avropa.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.
Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.