Sabah bu ərazilər dezinfeksiya olunacaq: XƏBƏRDARLIQ

  • 18:56 - 09 Aprel

Aprelin 10-da Bakı şəhəri üzrə iməcilik, şəhərin mərkəzi küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Avropa.info-ya Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. 


Oxunma sayı: 2971

Oxşar yazılar