Koronavirus xəstəsi mağazada yaxalandı

  • 12:31 - 09 Aprel

Cəlilabadda aktiv koronavirus xəstəsi işlədiyi mağazada aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Cəlilabad şəhər sakini Toğrul Cəbrayılova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs işlədiyi “Dəftərxana ləvazimatları” mağazasında aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.


Oxunma sayı: 2553

Oxşar yazılar