Bakıdan İrəvana uçan Rusiya təyyarəsi BOŞ QAYITDI - Azərbaycan erməni terrorçuları geri vermədi

  • 23:35 - 08 Aprel

Erməni "hərbi əsirləri" gətirməli olan Rusiya təyyarəsi Bakıdan İrəvana boş qayıdıb.

Avropa.info xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya sülhməramlı kontingentininin komandanı general-leytenant Rüstəm Muradov təyyarədə tək olub.

 "Armenpress" Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisinə istinadən məlumat təsdiqləyib. Avinyanın ofisi Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla danışıqların davam etdirildiyini bildirib.

eyd edək ki, bundan əvvəl baş nazirin mətbuat katibi Mane Gevorkyan bir qrup “hərbi əsir”in qaytarıldığı barədə xəbəri təsdiqləmişdi. “Azatutsyun” radiosu və İctimai Televiziya isə “Erebuni” aeroportundan canlı yayım veriblər. Təyyarə boş enib və ardınca canlı yayım dayandırılıb.

Qeyd edək ki, Azərbaycan dəfələrlə müharibə zamanı əsir götürülmüş erməni hərbçilərinin son nəfərinədək İrəvana qaytarıldığını, saxlanılanların 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçular olduğunu bildirib. 


Oxunma sayı: 14807

Oxşar yazılar