Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb

  • 20:22 - 08 Aprel

Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

“Report” xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb


Oxunma sayı: 1299

Oxşar yazılar