Azərbaycanın "Bayraktar"larla 190-dan çox erməni tankını məhv etməsi Almaniya ordusunu ŞOKA SALDI - RƏSMİ BERLİNDƏN ETİRAF

  • 17:49 - 08 Aprel

Almaniyanın "Frankfurt Allgemeine Zeitung" qəzeti Qarabağdakı 44 günlük savaş zamanı Azərbaycan tərəfindən istifadə edilən və 190-dan çox erməni tankını, zirehli maşınlarını məhv edən Türkiyə PUA-larının alman ordusunu şoka saldığını yazıb.  

Avropa.info xəbər verir ki, qəzetdə dərc edilən yazıda Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larının Qarabağdakı  uğurlarının Almaniya ordusunu hərəkətə keçməyə məcbur etdiyi bildirilir.
 

Qəzetin yazıdığına görə, Almaniya Müdafiə Nazirliyi malik olduqları havadan müdafiə sistemlərinin türk PUA-larının qarşısını almaq üçün yetərli olmadığını etiraf edib. 

Azerbaycan Ordusunun Ermeni Askerlerini SİHA'lar ile Vurma Görüntüleri -  YouTube

"Politsun təyyarələrin təhdidi səbəbindən Almaniya ordusunun hava hücumundan müdafiə sistemlərini təcili olaraq dəyişdirməsinə ehtiyac var. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Ancaq Almaniya Müdafiə Nazirliyinin də bu vəziyyəti etiraf etməsi sürpiriz oldu. Azərbaycan ordusu Türkiyə və İsrail tərəfindən istehsal olunan PUA-larla Qarabağdakı savaşda 190-dan çox erməni tankı və zirehli maşınını məhv etdi. Erməni əsgərləri heç nə edə bilmirdilər. Qarabağda baş verənlərlə bağlı xəbərlər Almaniya ordusunda şoka səbəb olmuşdu", deyə alman qəzetinin məqaləsində qeyd olunur. 

Qəzetin yazısında bildirilir ki, Almaniyanın əlində ABŞ istehsalı olan Patriot HHM-lər olmasına baxmayaraq, bu yetərli deyil. 

AVROPA.İNFO


Oxunma sayı: 8295

Oxşar yazılar