"Avropalılar Türkiyəni sevsin, ya sevməsin, ancaq Ankara Haftəri məğlub etməsəydi..." - AVROPADAN TARİXİ LİVİYA ETİRAFI

  • 15:23 - 08 Aprel

Avropa Birliyi haqqında xəbərlər yayınlayan ən böyük xəbər saytı "EUobserver" Türkiyənin Liviya siyasəti ilə bağlı maraqlı analiz yazısı təqdim edib.

Avropa.info xəbər verir ki, analizdə avropalı siyasətçilərin son dönəmlərdə Liviyaya ziyarətləri və keçirdikləri konfransların Türkiyənin qiyamçı Haftər güclərini məğlubiyyətə uğratması səbəbinə baş tutduğu bildirilib. 

"Avropa Liviya məsələsində özünü aldatmamalı" başlıqlı yazıda Almaniya, Fransa, İtaliya XİN rəhbərlərinin və AB Xarici Əlaqələr Təmsilçisi Borrellin Liviyaya səfərləri analiz edilib.

Yazıda Avropa liderlərinin Türkiyənin hərbi müdaxiləsi səbəbinə Liviyada Haftər adlı bir diktatorun tarixin arxivinə gömüldüyünü etiraf etməli olduqları bildirilib. 

"Avropalılar Türkiyəni istər sevsin, ya sevməsinlər, ancaq Türkiyə Haftərin hərbi olaraq məğlubiyyətinə səbəb olmasaydı böyük ehtimalla bu sonuclar əldə edilə bilməzdi. Berlin Konfransı da boş bir hadisə kimi tarixə düşərdi. Ayrıca diplomatik qələbəni də Avropa liderləri deyil, Türkiyə qazandı", deyə saytın analizində qeyd edilib.

AVROPA.İNFO


Oxunma sayı: 4665

Oxşar yazılar