"Quş qripi" TƏHLÜKƏSİ: Bu ölkələrdən məhsul gətirilməsi dayandırıldı

  • 12:32 - 08 Aprel

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Estoniyanın Haryumaa və Küveytin Əl Ahmədi  inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Avropa.info-ya verilən məlumat görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Estoniyanın Haryumaa və  Küveytin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Estoniyadan və Küveytdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Oxunma sayı: 925

Oxşar yazılar