Rusiya dəstəkli separatçılar Ukrayna ordusunun əsgərini QƏTLƏ YETİRDİ - DONBASDA KRİZ PİK HƏDDƏ ÇATDI...

  • 12:08 - 08 Aprel

Donbasda Rusiya dəstəkli separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun əsgəri öldürülüb. 
 

Avropa.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin yaydığı açıqlamada, Rusiya dəstəkli separatçıların atəşkəsi 5 dəfə pozduqları bildirilib. 

Açıqlamada Donbasın  Peski ve Vodyanoye bölgəsində separatçılar tərəfindın açılan atəş nəticəsində Ukrayna ordusunun bir əsgərinin həyatını itirdiyi qeyd olunub.  
 

Xatırladaq ki, Ukrayna ordusunun Baş Qərərgah rəisi Ruslan Homçak martın 30-da parlamentdəki çıxışı zamanı Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına hərbi kontingent topladığını bildirmişdi. 

Ukraynanın Donbas bölgəsində "müstəqilliyini" elan edən Rusiya dəstəkli separatçılarla Kiyev arasında 2014-cü ildən bu yana davam edən döyüşlər zamanı 13 mindən çox insan həyatını itirib.

AVROPA.İNFO


Oxunma sayı: 4500

Oxşar yazılar