Koronavirusa yoluxan teleaparıcının vəziyyəti pisləşdi

  • 12:16 - 08 Aprel

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan aparıcı müalicəsini "Yeni klinika" tibb müəssisəsində davam etdirir.

Hərarəti 39 dərəcəyə qədər yüksələn aparıcının səhhətində irəliləyiş olmadığı üçün aprelin 5-də klinikaya yerləşdirilib.

Qeyd edək ki, A. Səfərova bir müddət əvvəl "Instagram" hesabında paylaşım edərək koronavirusun müalicəsi üçün dərmanların baha olmasından şikayətlənmişdi.


Oxunma sayı: 1376

Oxşar yazılar