Daha 15 koronavirus xəstəsi evdən çıxdı, 5-nə cinayət işi açıldı

  • 13:27 - 08 Aprel

Daxili işlər orqanlarının əməkdaşları aprelin 7-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkar edərək saxlayıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

5 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.


Oxunma sayı: 1145

Oxşar yazılar