Ermənistanda qadınlar aksiya keçirir - Saxlanılanlar var

  • 14:57 - 07 Aprel

İrəvanda qadınların iştirakı ilə etiraz aksiyası keçirilir.

Avropa.info bildirir ki, etirazçılar hökumət binasının qarşısında toplaşıb. Onlar hökumətin istefasını tələb edirlər.

Aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.

Nümayişçilər polis səddini yararaq hökumət binasına daxil olmağa çalışıb. Daha sonra onlar polis əməkdaşlarına yumurtalar atıb.

Son məlumatlara əsasən, bir neçə nəfərin saxlandığı deyilir.


Oxunma sayı: 4071

Oxşar yazılar