Rusiya ordusunun döyüş hazırlığının yoxlanılmasına başlanılıb

  • 20:53 - 06 Aprel

Rusiya Silahlı Qüvvələrində plana uyğun olaraq, döyüş hazırlığı vəziyyətinin yoxlanılmasına başlanılıb.

Bunu ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

"Silahlı Qüvvələrin təlim planına uyğun olaraq, hərbi komandanlıq və idarəetmə orqanlarında, birləşmələrdə və hərbi hissələrdə nəzarət yoxlamaları başlayıb. Qoşunlar taktiki, xüsusi taktiki və ikitərəfli təlimlər üçün poliqonlara çıxarılıb”, - nazir deyib.

Onun sözlərinə görə, aprel ayında 101 poliqonda, 520 təlim mərkəzində 812 ikitərəfli təlim daxil olmaqla ümumilikdə 4 048 müxtəlif miqyaslı təlim keçirilməsi planlaşdırılır.(report) 


Oxunma sayı: 4027

Oxşar yazılar