Qarabağda döyüşməyə gələn erməni basketbolçunun cəsədi 6 aydan sonra tapıldı - FOTO

  • 17:50 - 06 Aprel

İkinci Qarabağ Müharibəsində iştirak etmiş məşhur erməni basketbolçu Aram Mkrtçyanın cəsədi tapılıb.

Bu barədə "Kavkazkiy uzel" saytı məlumat yayıb.

Məlumata görə, aprelin 3-də Azərbaycanın nəzarətində olan ərazilərdə iki nəfərin qalıqları aşkar olunub. Bununla da Qarabağda cəsədləri tapılan erməni hərbçilərin sayı 1.529-a çatıb.

Ermənistan Basketbol Federasiyası "Facebook" səhifəsində açıqlayıb ki, Aram Mkrtçyanın ailəsi və dostları onun qayıdacağını 6 ay gözləyib. Lakin basketbolçunun cəsədinin qalıqları tapılıb.


Oxunma sayı: 7096

Oxşar yazılar