Avropa İttifaqı rəhbərliyi Ərdoğanla görüşdü

  • 17:01 - 06 Aprel

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Avropa.info bildirir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında bildirib.

Şarl Mişel görüşdə Türkiyə və Aİ-nin gələcək əlaqələrinin müzakirə olunacağını deyib.

"Daha konstruktiv gündəm yaratmaq üçün gərginliyi davamlı olaraq azaltmaq lazımdır", - deyə Aİ rəsmisi qeyd edib.

Qeyd edək ki, görüş Aİ institutlarının rəhbərlərinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.


Oxunma sayı: 3895

Oxşar yazılar