Türkiyə ordusundan Suriyanın şimalında ƏMƏLİYYAT: 9 PKK terrorçusu məhv edildi

  • 15:36 - 06 Aprel

Türkiyə ordusu Suriyanın şimalında daha 9 PKK terrorçusunu zərərsizləşdirib.

Avropa.info bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, Suriyanın şimalında, "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə sızma və təxribat törətmə cəhdlərinə çalışan 9 terrorçusu zərərsizləşdirilib.

Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasının üzvü olublar.


Oxunma sayı: 3323

Oxşar yazılar